Menyu

Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Operativ Media
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir oğlu;

Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid Həsən oğlu;

Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman Əli oğlu;

Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə fiziki şəxs Əlixanov Ceyhun Fakir oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Əlaqəli Xəbərlər