Menyu

Bakıda oğurluq edən qardaşlar saxlanılıb - VİDEO

Operativ Media
Bakıda oğurluq edən qardaşlar saxlanılıb - VİDEO

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Belə ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər