İsraildə uşaq bağçasında təhlükəli maddə sızması səbəbindən 55 uşaq xəstəxanaya yerləşdirilib
Şəfa Hüseynli
Yerusəlimdə uşaq bağçasında naməlum təhlükəli maddənin sızması şübhəsi ilə əlli beş uşaq xəstəxanaya yerləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Bildirilib ki, polis özəl uşaq bağçasında qızdırıcı cihazdan təhlükəli kimyəvi maddənin sızması ilə bağlı şübhəli araşdırma aparır.
"Əlli beş uşaq yaralanıb və xəstəxanaya yerləşdirilib, o cümlədən təxminən dörd aylıq iki körpənin vəziyyəti kritik qiymətləndirilir və reanimasiyaya göndərilib", - bəyanatda qeyd olunub.