Tramp Lukaşenkonu "Sülh Şurası"nın təsisçi üzvü olmağa dəvət edib

Belarus tərəfi Amerika Birləşmiş Ştatlarının Prezidentindən şəxsi müraciət alıb.
Operativ Media “Arqumentı i Faktı” nəşrinə istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Ruslan Varankov bildirib ki, Qəzza zolağındakı vəziyyətin nizamlanması kontekstində Belarus yeni beynəlxalq təşkilat — “Sülh Şurası”nın təsisçilərindən biri olmağa dəvət edilib.
Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bu ideyanı müsbət qarşılayıb.
Qeyd olunub ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın analoji dəvəti Rusiya Prezidenti Vladimir Putinə də ünvanladığı bildirilir. Kremlin mətbuat katibi Dmitri Peskov isə təklifin hazırda öyrənildiyini qeyd edib.
Vurğulanır ki, Donald Tramp Birləşmiş Millətlər Təşkilatına alternativ olaraq “Sülh Şurası”nın yaradılmasını planlaşdırır.