Putin: Ukrayna limanlarına zərbələri genişləndirəcəyik
Operativ Media

Tankerlərə edilən hücumlara cavab olaraq, Rusiya Federasiyası Ukrayna limanlarına və oraya gələn gəmilərə zərbələr endirəcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" Forumunda bildirib.
“Biz liman obyektlərinə və Ukrayna limanlarına daxil olan gəmilərə qarşı belə zərbələrin dairəsini genişləndirəcəyik”, - o deyib.
Putin Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarına Rusiyanın verə biləcəyi ən radikal cavabı da deyib: "Ukraynanı dənizdən məhrum edə bilərik. O zaman onun piratçılıqla məşğul olması prinsipcə mümkün olmayacaq".
Qeyd edək ki, noyabrın 28-də Qara dənizdə Türkiyə sahilləri yaxınlığında iki tanker yanıb.