Menyu

Qazaxıstan iki neft yataqlarında hasilatı dayandırıb

Şəfa Hüseynli
Qazaxıstan iki neft yataqlarında hasilatı dayandırıb

"Tengizchevroil" (TCO) şirkəti 18 yanvarda baş verən yanğından sonra Qazaxıstandakı "Tengiz" və "Korolevskoye" yataqlarında neft hasilatını dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bu qərar istehsal müəssisələrində bəzi enerji paylama sistemlərinə təsir edən fövqəladə vəziyyət səbəbindən verilib.

Şirkət bildirib ki, TCO texniki xidmətləri yanğının əsas səbəbini müəyyən etmək üçün fəal şəkildə işləyir və onların əsas məqsədi vəziyyəti təhlükəsiz şəkildə aradan qaldırmaqdır.

Qeyd edək ki, yanvarın 18-i Qazaxıstanın Atırau bölgəsindəki Tengiz yatağında neft hasil edən "Tengizchevroil" şirkətinin qaz turbin elektrik stansiyasında bir neçə transformatorun alovlandığı bildirilmişdi. Şirkət  yanğının söndürüldüyünü və zavodun işçiləri arasında xəsarət alan olmadığını bildirmişdi.

Əlaqəli Xəbərlər