Menyu

Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 23 milyard kubmetrdən çox qaz nəql olunub

Operativ Media
Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 23 milyard kubmetrdən çox qaz nəql olunub

2025-ci il Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 40 milyard 235,6 milyon kubmetr təbii qaz nəql edilib və 2024-cü illə müqayisədə 0,28 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 57,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 1,3 faiz artaraq 23 milyard 143,9 milyon kubmetr təşkil edib.

Əlaqəli Xəbərlər