Menyu

İnfantino federasiyaları FİFA-nın kommersiya layihəsini dəstəkləməyə çağırıb

Operativ Media
İnfantino federasiyaları FİFA-nın kommersiya layihəsini dəstəkləməyə çağırıb

FİFA prezidenti Canni İnfantino milli federasiya rəhbərlərinə məktub göndərərək təşkilatın yeni kommersiya strukturunun yaradılmasına dəstək verməyə çağırıb.

Operativ Media  xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, dəstək müqabilində İnfantino hər bir federasiyaya 35 milyon avro məbləğində subsidiyaların ayrılacağını vəd edib. O, layihəyə münasibət bildirmək üçün qurum rəhbərlərinə sentyabrın 19-na qədər vaxt verib. Bu proses səsvermə xarakteri daşımır, sadəcə üzv assosiasiyaların yarısından çoxunun razılığının toplanması nəzərdə tutulur. Dəstək əldə edildikdən sonra təşəbbüs FİFA Şurası tərəfindən rəsmən təsdiqlənə bilər.

​Qeyd olunub ki, FİFA iyulun 28-də dəyəri 20 milyard dollar olan "FIFA Forward Enterprise" törəmə şirkətini qurmaq və onun səhmlərinin 20 faizdən çoxunu satışa çıxarmaq planlarını təsdiqləyib. Özəl investorlar bu paylar üçün təxminən 4,2 milyard dollar ödəyəcək və FİFA həmin vəsaiti futbolun inkişafına xərcləyəcəyini vəd edir. Yeni struktura təşkilatın media və kommersiya hüquqlarının, o cümlədən dünya çempionatlarının idarəçiliyinin həvalə edilməsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər