Menyu

Anatoli Nuriyev karyerasını Macarıstan klubunda davam etdirəcək

Operativ Media
Anatoli Nuriyev karyerasını Macarıstan klubunda davam etdirəcək
1 dəq oxu

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Nuriyev karyerasını Macarıstan çempionatında davam etdirəcək.

​Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu Macarıstanın "Kişvarda" klubu ilə müqavilə bağlayıb. Şərtlərin təfərrüatları və razılaşmanın müddəti hələlik açıqlanmayıb.

​Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ötən mövsümü ölkəmizdə "Sabah" və "Zirə" komandalarının heyətində keçirib.

Əlaqəli Xəbərlər