Menyu

Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək

Operativ Media
Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək
1 dəq oxu

İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əlaqəli Xəbərlər