Menyu

UEFA "Sabah"ı cəzalandıra bilər - SƏBƏB

Operativ Media
UEFA "Sabah"ı cəzalandıra bilər - SƏBƏB

UEFA "Sabah" klubunu cəzalandıra bilər.

Operativ Media xəbər verir ki, dünən baş tutan matçdan əvvəl "Sabah" klubunun azarkeşləri ilə danimarkalı azarkeşlər arasında insident yaşanıb.

Bu haqda "Orhus"un idman direktoru Ceykob Nilson ölkəsinin mətbuatına danışıb.

"Biz matçdan bir gün əvvəl azarkeşlərimizin stadionda meydan sahiblərinin tərəfdarlarından təcrid olunmadığı barədə xəbərdarlıq etmişdik. Oyundan iki saat əvvəl qara geyimli 40–50 nəfərlik "Sabah" azarkeş qrupu "Orhus" fanatlarının stadiona çataraq mikrobavtobuslardan endiyi an onlara hücum edib.

​Ərazidə olan 150 polis əməkdaşı isə bu hücumdan tamamilə xəbərsiz olub.

​Çünki asayiş keşikçiləri tribunanın əks tərəfində dayanaraq "Orhus" azarkeşlərinin stadiona daxil olarkən üstlərinin aranmasını gözləyirmişlər.​Oyun öncəsi baş verənlərlə bağlı artıq UEFA-ya rəsmi şikayət ünvanlamışıq. Həmçinin hadisə ilə əlaqədar UEFA nümayəndəsi ilə də söhbətimiz olub. Hazırda lazımi məlumat və faktları toplayırıq. Adətən səfər azarkeşləri ayrı zonada saxlanılır.

​Hətta UEFA-nın reqlamentində də aydın şəkildə qeyd olunub ki, qonaq komandanın azarkeşləri digər tamaşaçılardan təcrid edilməlidir".

Qeyd edək ki, "Sabah" Danimarka çempionu "Orhus"u 4:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər