Menyu

Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək

Şəfa Hüseynli
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək

Ermənistan Aİ, Böyük Britaniya və Kanada bazarlarına kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlara ümumi məbləği 5,365 milyard dram (təxminən 14,7 milyon dollar) olan subsidiya planını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Arman Xocoyan bildirib.

Məlumata görə, vəsait iyul ayında ixrac edilən məhsullara görə ixracatçılara kompensasiya ödəmək üçün istifadə olunacaq. O bildirib ki, iyul ayında 2300 ton bibər, 1600 ton pomidor, təxminən 7000 ton ərik, 1700 ton albalı, 430 ton gavalı və 1600 ton şaftalı və nektarin ixrac edilib.

İyun ayının əvvəlindən bəri Ermənistan logistika və gömrük xərclərini kompensasiya etməklə Aİ, Kanada və Böyük Britaniyaya ixracı stimullaşdırmaq üçün subsidiya paketlərini təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər