Özbəkistan ikinci atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Nicat Hüseynli
Özbəkistan ikinci atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı hazırlıq işlərinə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xarəzm vilayətində yeni investisiya layihələrinin açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda Cizzax vilayətində atom elektrik stansiyası tikilir və ölkə ikinci AES-in inşası üçün də geniş hazırlıq işləri aparır.
Bildirib ki, 2030-cu ilədək ölkənin inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində elektrik enerjisi ilə etibarlı təminatın yaradılması və enerji istehsalının maya dəyərinin azaldılması əsas prioritetlərdəndir.
Dövlət başçısı enerji təminatının gücləndirilməsinin ölkənin gələcək inkişafı baxımından vacib olduğunu vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net