Menyu

Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri İstanbulda görüşəcək

Operativ Media
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri İstanbulda görüşəcək
İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Görüşdə Yaxın Şərqdəki vəziyyət, təhlükəsizlik və sabitlik məsələləri, münaqişələrin qarşısının alınması, eləcə də diplomatik həll mexanizmlərinin gücləndirilməsi yolları müzakirə olunacaq.

Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı bu ay İstanbulda keçiriləcək görüşə dəvət edib.

Qeyd edək ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri bundan əvvəl Misirin paytaxtı Qahirədə görüşüblər.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər