Masallı sakini dənizdə batıb - YENİLƏNİB
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
19 avqust 21:52
Astarada bir nəfər (kişi) dənizdə batıb.
Operativ Media xəbər verir ki, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir.
İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda həmin şəxsin axtarışları aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net