Roberto Karlos islam dinini qəbul etməsi ilə bağlı xəbərləri təkzib edib
Məşhur braziliyalı sabiq müdafiəçi Roberto Karlos islam dinini qəbul etməsi barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, daha əvvəl Türkiyə parlamentinin deputatı Əli Şahin keçmiş idmançının islamı seçdiyini iddia etmişdi. "Okaz" nəşrinə müsahibə verən 53 yaşlı sabiq oyunçu dinə hörmətlə yanaşdığını və həyat yoldaşının ibadət etməsini müsbət qarşıladığını bildirib, lakin onun özünün din dəyişdirməsi haqqındakı iddiaların tamamilə əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, karyerası ərzində Madridin "Real" klubu ilə üç dəfə Çempionlar Liqasının və dörd dəfə İspaniya çempionatının qalibi olan Roberto Carlos, Braziliya milli komandası ilə 2002-ci il Dünya Çempionatının və ikiqat Amerika Kubokunun qızıl medallarını qazanıb. O, həmçinin 2011–2012-ci illər mövsümündə Rusiyanın Mahaçqala şəhərini təmsil edən "Anji" klubunun heyətində də çıxış edib.
dəqiqələr içində saytın olsun.