Menyu

Valdas Dambrauskas: Cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik

Operativ Media
Valdas Dambrauskas: Cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik

Azərbaycanın UEFA Çempionlar Liqasında təmsilçisi "Sabah" bu gün ilk pley-off matçını keçirib. Paytaxt klubu Rumıniyada İsrailin “Hapoel" Beer-Şeva" kollektivinin qonağı olub. Təmsilçimiz hesabı açsa da, sonradan 2 qol buraxaraq məğlub olub.

Operativ Media xəbər verir ki, "Sabah"ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:

"Hapoel"i qələbələsi münasibəti ilə təbrik edirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Oyun ritmini qorumağa çalışırdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesab olduğu üçün şansımız var. "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər