Ölkənin bəzi ərazilərində qaz olmayacaq
Operativ Media
1 dəq oxu
Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Qəbələnin bəzi ərazilərində də qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd edilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sorğu