Menyu

Rusiya və Gürcüstan rəsmiləri birbaşa dialoqun bərpasını müzakirə ediblər

Operativ Media
Rusiya və Gürcüstan rəsmiləri birbaşa dialoqun bərpasını müzakirə ediblər
1 dəq oxu

Rusiya və Gürcüstan rəsmiləri Minskdə görüşüb.

Operativ Media TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.

Görüş noyabrın 19-da Minskdə Rusiya ilə Gürcüstan arasında birbaşa dialoqun bərpası çərçivəsində keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Rusiya və Gürcüstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi maraqları naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Əlaqəli Xəbərlər