Menyu

Rusiya nümayəndəsi: Ukraynanın Krım körpüsünə hücumları piar xarakteri daşıyır

Operativ Media
Rusiya nümayəndəsi: Ukraynanın Krım körpüsünə hücumları piar xarakteri daşıyır
1 dəq oxu

Ukraynanın Krım körpüsünə son hücumları hərbi nəticə əldə etməkdən daha çox mediada diqqət yaratmağa hesablanıb.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, körpüyə ziyan dəysə də, əvvəlki hadisələrdə olduğu kimi, onun bərpası mümkündür.

“Bu piar addımı döyüş meydanındakı vəziyyətə təsir etməyəcək. Ukrayna qüvvələri ciddi itkilər verir və bir mövqedən sonra digərini itirir”, – deyə Polyanski vurğulayıb.

Rusiyalı diplomat ABŞ-ın müharibə məsələləri üzrə dövlət katibinin müavini Elbric Kolbinin də bu yaxınlarda Brüsseldə keçirilən NATO görüşündə oxşar fikri təsdiqlədiyini bildirib.

Daha əvvəl “The Daily Telegraph” qəzeti Almaniya nümayəndə heyətindəki mənbəyə istinadən yazıb ki, Kolbi Avropa rəsmiləri ilə keçirilən görüşü Ukraynanın müdafiə naziri Yevgeni Xmaranın çıxışını dinləmədən tərk edib.

Qəzetin məlumatına görə, hadisə noyabrın 17-də Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında baş verib. Görüş zamanı Kolbi Kiyevin Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri tənqid edərək, bu hücumların hərbi baxımdan fayda vermədiyini bildirib.

Əlaqəli Xəbərlər