Menyu

Rusiya, Çin və ABŞ nüvə risklərinin azaldılması ilə bağlı razılığa gəlib

Operativ Media
Rusiya, Çin və ABŞ nüvə risklərinin azaldılması ilə bağlı razılığa gəlib
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp beynəlxalq təhlükəsizlik və strateji sabitliyin qorunmasına sadiqliklərini bəyan ediblər.

Operativ Media xəbər verir ki, bu barədə üç ölkə liderinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitin yekunlarına dair qəbul etdikləri “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi”ndə bildirilib.

Bəyannamədə qeyd olunub ki, üç ölkənin liderləri mövcud beynəlxalq vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiqliklərini ifadə ediblər.

Sənəddə dörd əsas istiqamət əksini tapıb.

Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə əsas missiyasına uyğun fəaliyyət göstərməsi üçün BMT-də islahatların aparılmasını dəstəkləyirlər.

Üç ölkə bütün dövlətlərin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Liderlər sabit enerji təchizatının vacibliyini də təsdiqləyiblər.

Bəyannamədə dövlətlərin razılığı prinsipinin və dövlət rəsmilərinin immunitetlərinə riayət olunmasının fundamental əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu qeyd edilib.

Sənədin sonuncu bəndində isə nüvə müharibəsində qalibin ola bilməyəcəyi və belə müharibənin heç vaxt başlanmamalı olduğu vurğulanıb. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqu davam etdirmək niyyətini ifadə edib.

Əlaqəli Xəbərlər