Menyu

Azərbaycanın turizm potensialı qlobal mediada təbliğ olunacaq

Nərmin Qocamanlı
Azərbaycanın turizm potensialı qlobal mediada təbliğ olunacaq

Azərbaycanı xaricdə daha yaxşı tanıtmaq və ölkəyə xarici turistlərin axınını artırmaq üçün böyük media kampaniyasına start verilir.

Operativ Media xəbər verir ki, bu 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında öz əksini tapıb.

Bunu da oxu: Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Dövlət Proqramına əsasən, Azərbaycanın turizm imici 5 beynəlxalq televiziya kanalında və 2 məşhur onlayn yayım platformasında nümayiş olunacaq. Eyni zamanda film sənayesi və sosial media layihələri vasitəsilə hazırlanan məzmunların illik baxış sayının 100 milyona çatdırılması nəzərdə tutulur.

Kampaniya çərçivəsində beynəlxalq səviyyədə tanınan influenser və blogerlər ölkəmiz haqqında 100-dən çox xüsusi məzmun paylaşacaq. Xarici ölkələrdə sosial media üzərindən aparılacaq rəqəmsal reklamlar sayəsində il ərzində 500 milyondan çox baxış əldə edilməsi planlaşdırılır.

Bununla yanaşı, hər il ən azı 2 hədəf ölkənin insan axını sıx olan mərkəzi küçə və meydanlarında Azərbaycanın turizm brendini əks etdirən açıq hava reklamları yerləşdiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər