Menyu

"Qarabağ" və "Neftçi"nin istədiyi hücumçu Yunanıstan klubuna keçdi

Operativ Media
"Qarabağ" və "Neftçi"nin istədiyi hücumçu Yunanıstan klubuna keçdi
1 dəq oxu

“Zirə”nin sabiq futbolçusu Salifu Suma Azərbaycana qayıtmayacaq.

Operativ Media xəbər verir ki, İsveçin “Malmö” klubunun hücumçusu karyerasını Yunanıstanda davam etdirəcək.

“Neftçi” və "Qarabağ"ın maraq dairəsində olan 22 yaşlı qvineyalı oyunçu “Panetolikos”a keçib. O, yeni komandasına birillik icarəyə verilib.

Qeyd edək ki, “Malmö” Salifu Sumanı ötən yay “Zirə”dən 1,3 milyon avroya transfer edib.

Əlaqəli Xəbərlər