"Marsel" transfer pəncərəsi bağlanana qədər 4-5 oyunçusunu sata bilər
Fransa çempionatının ilk turunda "Strasbur" üzərində 4:0 hesablı qələbə qazanan "Marsel"in baş məşqçisi Bünyo Jenezio yay transfer pəncərəsinin sonunadək bir neçə oyunçu ilə yollarını ayırmalı olduqlarını bildirib.
Operativ Media xəbər verir ki, mütəxəssis klubun büdcəsini optimallaşdırmaq məcburiyyətində olduğunu vurğulayıb.
Onun sözlərinə görə, əməkhaqqı fondunun həcmi azaldılmayınca yeni transferlərin reallaşdırılması qeyri-mümkündür. Bu proses çərçivəsində komandanı üç, dörd və ya beş futbolçunun tərk edə biləcəyi istisna olunmur.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara əsasən, Lisenziya Komissiyasının tələblərini yerinə yetirmək və ölkənin elit divizionundan kənarlaşdırılmamaq üçün "Marsel" 2027-ci il iyunun 30-dək oyunçu satışından azı 180 milyon avro gəlir əldə etməlidir.
dəqiqələr içində saytın olsun.