Menyu

Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbulda keçiriləcək

Operativ Media
Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbulda keçiriləcək

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı sabah İstanbulda keçiriləcək.

Operativ Media xəbər verir ki, toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri general Selçuk Bayraktaroğlu, Pakistanı Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, federal müdafiə naziri Xavaca Məhəmməd Asif, Müdafiə Qüvvələri və Quru Qoşunları komandanı marşal Seyid Asim Münir; Səudiyyə Ərəbistanını isə xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz Al Səud və Baş Qərargah rəisi general Fəyyad bin Hamed Ər-Ruveyli təmsil edəcəklər.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlığı, birgə istehsal və elmi tədqiqat, hərbi qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması və terrorla mübarizə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Məkkə Sazişinə əsasən, tərəflərdən birinə qarşı həyata keçirilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Saziş həmçinin birgə çəkindirmə imkanlarının gücləndirilməsini hədəfləyir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər