Menyu

Qadağan olunmuş malların vahid siyahısı hazırlanacaq, allergenlərin etiketlənməsinə nəzarət gücləndiriləcək

Operativ Media
Qadağan olunmuş malların vahid siyahısı hazırlanacaq, allergenlərin etiketlənməsinə nəzarət gücləndiriləcək

Azərbaycanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahəsində risklərin qarşısının alınması və istehlakçıların sağlamlığının qorunması məqsədilə yeni preventiv addımlar atılacaq.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, qida, baytarlıq və fitosanitar nəzarəti sahələrində qadağan olunmuş mallara dair vahid siyahı hazırlanacaq. Həmçinin qida obyektlərinin tikintisi mərhələsindən etibarən xəbərdaredici (preventiv) nəzarət mexanizmi yaradılacaq ki, bu da obyektlərin hələ fəaliyyətə başlamadan təhlükəsizlik standartlarına uyğun qurulmasını təmin edəcək.

Səhiyyə və istehlakçı hüquqlarının qorunması istiqamətində məhsulların üzərində allergenlərin etiketlənməsinə nəzarət gücləndiriləcək və əhalinin maarifləndirilməsi aparılacaq. Bununla yanaşı, stasionar tibb müəssisələrində müxtəlif xəstəliklər üzrə qidalanmaya dair metodiki vəsaitlərin, eləcə də qida zəhərlənmələri zamanı ilk yardım göstərilməsinə dair rəsmi təlimatın hazırlanması nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər