Parisdə komendant saatı elan edilib
Parisdə komendant saatı yenidən tətbiq olunub.
Operativ Media xəbər verir ki, Paris Polis Prefekturası paytaxtın mərkəzi hissəsində gecə saatlarında komendant saatı tətbiq etmək qərarı verib.
“Le Parisien” nəşrinin məlumatına görə, məhdudiyyət oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə, eləcə də noyabrın 1-dən 2-nə keçən gecə saat 23:00-dan səhər 06:00-dək qüvvədə olacaq.
Qərar Respublika meydanının ərazisinə və Şatle rayonunda yerləşən “Canopée des Halles” ətrafına şamil ediləcək.
Bununla da bir neçə gün əvvəl qüvvədən düşmüş komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq.
Qeyd olunur ki, məhdudiyyət həmin ərazilərdə yaşayan, bunu təsdiq edən sənədi olan şəxslərə, iş səbəbindən həmin ərazidən keçməli olan əməkdaşlara və dövlət xidmətlərinin nümayəndələrinə şamil edilməyəcək.