Menyu

G20-lərin sammitində Lavrovla şəkil çəkdirməkdən imtina ediblər

Operativ Media
G20-lərin sammitində Lavrovla şəkil çəkdirməkdən imtina ediblər
1 dəq oxu

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşündən öncə ənənəvi birgə foto çəkilişi baş tutmayıb.

Operativ Media xəbər verir ki, "Associated Press" (AP) xəbər agentliyi ABŞ rəsmilərinə istinadən bildirib ki, bəzi avropalı diplomatlar Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni kadrda görünmək istəmədiklərini bildirdikdən sonra ABŞ ənənəvi ailə fotosessiyasını ləğv edib.

Sammit birgə foto çəkdirilmədən başlayıb.

"Avropalı tərəfdaşlarımızın Lavrovla birgə fotosu olmayacaq, çünki dünən dediklərim hələ də qüvvədədir: Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz", - deyə Almaniya xarici işlər naziri açıqlamada bildirib.

Əlaqəli Xəbərlər