Menyu

Polşada müxalifət ölkədə dövlət çevrilişi olduğunu iddia edib

Operativ Media
Polşada müxalifət ölkədə dövlət çevrilişi olduğunu iddia edib
1 dəq oxu

Polşada Prezident Karol Nawrocki ilə Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumət arasında Konstitusiya Məhkəməsinə nəzarətlə bağlı qarşıdurma kəskinləşib.

Operativ Media xəbər verir ki, mübahisəyə parlament tərəfindən seçilmiş yeni hakimlərin Prezidentin iştirakı olmadan and içərək məhkəmədə fəaliyyətə başlaması səbəb olub.

Oktyabrın 30-da polis Konstitusiya Məhkəməsinin binasının ərazisinə cəlb edilib. 

Məhkəmənin saytında onun sədri Bogdan Święczkowski və sədr müavini Bartłomiej Sochańskinin vəzifələrinin icrasının dayandırılması barədə məlumat yayımlanıb. Lakin məhkəmə rəhbərliyi bu məlumatı qanunsuz müdaxilə kimi qiymətləndirərək, hər iki şəxsin vəzifədə qaldığını bəyan edib.

Hadisələr fonunda Prezident Karol Nawrocki Seneqala rəsmi səfərini yarımçıq dayandıraraq Polşaya qayıtmaq qərarı verib.

Baş nazir Donald Tusk isə baş verənləri ölkədə hüququn aliliyinin bərpası istiqamətində zəruri addım kimi qiymətləndirib.

Qeyd edək ki, Polşa Konstitusiya Tribunalı ölkədə dövlət çevrilişinin baş verdiyini bəyan edib.

Əlaqəli Xəbərlər