Menyu

Sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq

Operativ Media
Sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq
1 dəq oxu

Azərbaycanda sığorta bazarı üzrə məlumatların vahid standart əsasında toplanması və təhlükəsiz mübadiləsi üçün rəqəmsal pasport yaradılacaq. Eyni zamanda, sığorta hadisələrinin qeydiyyatının vahid sistem üzərindən aparılması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyinə həsr olunan tədbirdə məlumat verib.

Onun sözlərinə görə, rəqəmsal pasport sığorta şirkətləri, dövlət qurumları, fintex şirkətləri və digər maraqlı tərəflər arasında məlumat mübadiləsini asanlaşdıracaq. Layihənin əsas məqsədi məlumatların standart formatda və təhlükəsiz şəkildə əldə edilməsini təmin etmək, eləcə də yeni rəqəmsal xidmətlərin və analitik həllərin inkişafına şərait yaratmaqdır.

X.Camalova bildirib ki, növbəti layihələrdən biri də sığorta sahəsində vahid tənzimləmə qaydalarının hazırlanmasıdır.

O, həmçinin sığorta hadisələrinin qeydiyyatı üçün mərkəzləşdirilmiş sistemin yaradılacağını qeyd edib. Hazırda müraciətlərin müxtəlif mərhələlərini izləmək və yekun qərarların verilməsi prosesini izləmək müəyyən çətinliklər yaradır. Yeni sistem vasitəsilə bu proseslərin daha şəffaf və əlçatan olması hədəflənir.

Departament rəhbərinin sözlərinə görə, sistemdə gündəlik sorğular, sığorta müqavilələri, hadisələr və ödənişlər barədə məlumatların vahid mərkəzdə birləşdirilməsi nəzərdə tutulur. Bu, əməliyyatların sayının azalmasına, əsas sığorta göstəricilərinin müəyyənləşdirilməsinə və daha əhatəli statistik məlumatların əldə olunmasına imkan verəcək.

X.Camalova vurğulayıb ki, yeni sistemdən əldə ediləcək məlumatlar sığorta şirkətləri, banklar və qanunvericilik sahəsi üçün də faydalı olacaq.

Əlaqəli Xəbərlər