Menyu

Azərbaycan vətəndaşları da daxil olmaqla 61 əcnəbi Gürcüstandan deportasiya edilib

Şəfa Hüseynli
Azərbaycan vətəndaşları da daxil olmaqla 61 əcnəbi Gürcüstandan deportasiya edilib
1 dəq oxu

Gürcüstan daxili işlər nazirliyinin miqrasiya idarəsi ölkə daxilində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

Operativ Media müvafiq ölkənin daxili işlər nazirliyinə istinadən xəbər verir ki, kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 61 xarici vətəndaş saxlanılıb.

Qeyd edilib ki, onların arasında Tailand, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti yaşayış mərkəzində saxlanılır. Onların Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.

Əlaqəli Xəbərlər