Menyu

Konqoda Eboladan ölənlərin sayı artıb

Operativ Media
Konqoda Eboladan ölənlərin sayı artıb
1 dəq oxu

Konqo Demokratik Respublikasında (KDR) hazırkı epidemiya dövründə Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 5000-i keçib.

Operativ Media xəbər verir ki, bu barədə KDR İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Hesabata görə, Eboladan ölənlərin sayı bu günə qədər 5026-ya çatıb. Yoluxanların sayı 10351-ə, ölüm nisbəti isə 48,6%-ə çatıb.

Qeyd edək ki, ebola epidemiyası 15 mayda Konqo Demokratik Respublikasında və Uqandada başlayıb. Afrikada qeydə alınan ikinci ən ölümcül epidemiya olub. Konqo Demokratik Respublikasının səkkiz əyalətində Eboladan yoluxma və ölüm halları aşkar edilib.  

Əlaqəli Xəbərlər