Menyu

Kaliforniyada ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb, altı nəfər yaralanıb

Operativ Media
 Kaliforniyada ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb, altı nəfər yaralanıb
1 dəq oxu

ABŞ-nin Kaliforniya ştatının Feyrfild şəhərindəki "Solano Town Center" ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, yeddi nəfər güllələnib, onlardan biri ölüb. Qalan altı nəfər xəstəxanaya aparılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edilib ki, hadisəni törədənin şəxsiyyəti hələ müəyyən edilməyib və polis araşdırma aparır.

Əlaqəli Xəbərlər