Menyu

Qazaxıstanda Xəzərdə brakonyerlik edən 126 nəfər saxlanılıb

Şəfa Hüseynli
Qazaxıstanda Xəzərdə brakonyerlik edən 126 nəfər saxlanılıb
1 dəq oxu

Qazaxıstan Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti digər dövlət qurumları ilə birlikdə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması və qarşısının alınması üçün reydlər keçirib.

Operativ Media xəbər verir ki, bu barədə müvafiq ölkənin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, 126 şübhəli şəxs və 44 kiçik gəmi saxlanılıb.

Eyni zamanda, 11,5 kq narkotik maddə və 88 kilometrlik brakonyerlik ləvazimatları müsadirə edilib. Balıq torlarında tapılan 2337 nərə balığı dənizə buraxılıb.

Əlaqəli Xəbərlər