Menyu

Baytarlıqda rəqəmsal nəzarət tətbiq olunacaq, özəl mütəxəssislər işə cəlb ediləcək

Operativ Media
Baytarlıqda rəqəmsal nəzarət tətbiq olunacaq, özəl mütəxəssislər işə cəlb ediləcək

Azərbaycanda heyvan sağlığının qorunması, epizootik risklərin neytrallaşdırılması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılır.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, iri və xırdabuynuzlu heyvanların erkən yaşında kəsilməsinin qarşısını almaq məqsədilə maarifləndirmə işləri aparılacaq və paylaşılan materialların izlənilmə sayı 30 minə çatdırılacaq. Bununla yanaşı, heyvanların yaş, çəki və cinsindən asılı olaraq kəsimini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

Sənəddə kadr potensialının gücləndirilməsi və özəl sektorla əməkdaşlıq da xüsusi yer alır. Belə ki, baytarlıq mütəxəssislərinin qeydiyyatı və sertifikatlaşdırılması mexanizmi tətbiq olunacaq, özəl baytar həkimlərlə rəsmi tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin bağlanmasına başlanılacaq.

Həmçinin baytarlıq preparatlarının istehsalı və emalı ilə məşğul olan yerli və xarici obyektlərdə Qabaqcıl İstehsal Təcrübəsinin (GMP) qiymətləndirilməsi aparılacaq. Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası müəssisələrinin yaradılması ilə bağlı sahibkarlardan daxil olan müraciətlər də qiymətləndiriləcək.

Proqramda yeni infeksion xəstəliklər, epidemiyalar və məlumat təhlilində yarana biləcək risklərin qarşısını almaq üçün rəqəmsal monitorinq sistemlərinin, mərkəzləşdirilmiş məlumat bazalarının və sürətli müdaxilə mexanizmlərinin inkişaf etdiriləcəyi vurğulanır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər