Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrin istifadəsi azaldılacaq, yeni altsistem yaradılacaq
Azərbaycanda bitki sağlamlığının qorunması, fitosanitar təhlükəsizliyin təmin edilməsi və bitkiçilik məhsullarının ixrac potensialının artırılması məqsədilə yeni tədbirlər həyata keçiriləcək.
Operativ Media Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramına istinadən xəbər verir.
Dövlət Proqramına əsasən, zərərli orqanizmlərdən azad zonaların, istehsal yerlərinin və sahələrinin müəyyən edilməsi planlaşdırılır. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrin istifadəsinin azaldılması və alternativ bioloji mühafizə usullarının tətbiqinin təşviq edilməsi nəzərdə tutulur. Bununla yanaşı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qeydiyyatı prosesi beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq, zərərli orqanizmlərin müşahidəsi və monitorinqi sistemi təkmilləşdiriləcək.
Proqram çərçivəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin izlənilməsi üçün AQTİS-də (Azərbaycan Qida Təhlükəsizliyi İnformasiya Sistemi) müvafiq altsistem formalaşdırılacaq. Bitkiçilik məhsullarının ixracını artırmaq məqsədilə Qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi təşviq olunacaq və bu istiqamətdə maarifləndirmə işləri genişləndiriləcək.
dəqiqələr içində saytın olsun.