Qida təhlükəsizliyində süni intellekt və RFID texnologiyaları tətbiq olunacaq
Azərbaycanda qida zənciri üzrə nəzarət və tənzimləmə fəaliyyətinin səmərəliliyini artırmaq, saxtalaşdırmaların qarşısını almaq və rəqəmsal izlənilməni təmin etmək məqsədilə müasir texnologiyaların tətbiqinə başlanılır.
Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Dövlət Proqramına əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və digər dövlət qurumlarının informasiya sistemləri arasında inteqrasiya genişləndiriləcək. AQTİS-in heyvan sağlamlığı altsistemi elektron hesabatlılıq və xəritələşmə imkanları ilə təkmilləşdiriləcək, eləcə də qida subyektlərinin qoşulacağı vahid izləmə altsisteminin proqram təminatı hazırlanacaq.
Saxta məhsulların qarşısını almaq və təhlükəsizliyi gücləndirmək üçün Radiotezlikli İdentifikasiya (RFID), Əşyaların İnterneti (IoT), rəqəmsal monitorinq və bakteriyaların sensorla izlənilməsi kimi innovativ üsulların tətbiqi təşviq ediləcək. Bununla yanaşı, AQTİS-də nəzarət prosesinin effektivliyini artırmaq, sahibkarlar və istehlakçıların maarifləndirilməsini təmin etmək üçün süni intellektə əsaslanan təhlil və proqramlaşdırma üsulları tətbiq olunacaq.
dəqiqələr içində saytın olsun.