Menyu

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırıb

Nicat Hüseynli
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırıb
1 dəq oxu

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Əlcəzair dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Əlcəzair ikitərəfli əlaqələrin davam etdirilməsi üçün bütün imkanların tükənməsindən sonra belə bir qərar qəbul edib.

Ölkələr arasında münasibətlər son dövrlərdə, xüsusilə daxili işlərə müdaxilə və regional məsələlərlə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

Əlaqəli Xəbərlər