Menyu

“TotalEnergies” Anqolada yeni neft yatağı kəşf edib

Nicat Hüseynli
“TotalEnergies” Anqolada yeni neft yatağı kəşf edib
1 dəq oxu

Fransanın “TotalEnergies” şirkəti Anqolanın 17-ci blokunda yeni neft yatağı kəşf edib.

Operativ Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Acacia-5” adlandırılan yataqda hasilata kəşfdən üç ay sonra başlanması planlaşdırılır.

Yeni yatağın blok üzrə gündəlik neft hasilatını 6 min barel artıracağı gözlənilir.

“TotalEnergies” 17-ci blokun 38 faizlik payla operatorudur. Şirkət və tərəfdaşları növbəti beş il ərzində Anqolaya 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Əlaqəli Xəbərlər