4 rayonda su təminatı və kanalizasiya sistemləri yenidən qurulacaq
Nazirlər Kabineti Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qərar qəbul edib.
Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, qeyd olunan rayonlarda, işğaldan azad olunmuş ərazilər istisna olmaqla, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də hidrotexniki qurğuların inşası ilə əlaqədar tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.
Qərarla torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasını həyata keçirən alan orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib.
Layihələrin əsas məqsədi ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi və yeni hidrotexniki qurğuların inşa edilməsidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq hazırlıq tədbirlərini həyata keçirmək və hazırlanmış təklifləri Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
dəqiqələr içində saytın olsun.