Qoruq ərazilərində minatəmizləmə zamanı aşkar edilən tarixi abidələrin mühafizəsi qaydası müəyyənləşib
Nazirlər Kabineti dövlət qoruqlarının əsasnamələrində genişmiqyaslı dəyişikliklər edərək minatəmizləmə fəaliyyəti zamanı tarixi və mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı yeni mexanizm müəyyənləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qaydalara əsasən, qoruqların ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən hər hansı daşınmaz tarix və mədəniyyət abidəsi aşkar edilərsə, bu barədə dərhal aidiyyəti quruma (Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və ya tabeliyində olduğu müvafiq orqana) məlumat verilməlidir.
Bundan əlavə, həmin ərazidə minatəmizləmə işlərinin davam etdirilməsi yalnız aidiyyəti dövlət qurumunun rəsmi icazəsi və nəzarəti altında mümkün olacaq.
Dəyişikliklər "İçərişəhər", "Atəşgah məbədi", "Keşikçidağ", "Qala", "Tuğ", "Xınalıq və Köç yolu", "Ordubad", "Xocavənd" (Tuğ) və digər dövlət tarix-mədəniyyət və memarlıq qoruqlarının əsasnamələrinə şamil olunub.
dəqiqələr içində saytın olsun.