Mərkəzi Asiya ölkələri qlobal nüvə təhlükəsizliyinin gücləndirilməsinə çağırıb
Mərkəzi Asiyanın beş ölkəsinin xarici işlər nazirləri qlobal nüvə təhlükəsizliyinin gücləndirilməsinə çağırıblar.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri Mərkəzi Asiyada Nüvə Silahından Azad Zona haqqında Müqavilənin imzalanmasının 20 illiyi ilə bağlı birgə bəyanat qəbul ediblər.
Nazirlər nüvə tərksilahının təşviqi və nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Bəyanatda silahlara nəzarət üzrə əsas sazişlərin fəaliyyətinin dayandırılmasından və nüvə arsenallarının modernləşdirilməsindən narahatlıq ifadə olunub.
Tərəflər nüvə silahı yarışının qarşısının alınması üçün şəffaf və yoxlanıla bilən yeni silahlara nəzarət mexanizmlərinin hazırlanmasına çağırıblar.
dəqiqələr içində saytın olsun.