Menyu

AFFA Litva – Azərbaycan oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Xəbərlər redaksiyası
AFFA Litva – Azərbaycan oyunu ilə bağlı azarkeşlərə müraciət edib
1 dəq oxu

AFFA UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Milli assosiasiyadan Operativ Media-ya verilən məlumata görə, müraciətdə biletlərin onlayn şəkildə satışda olduğu bildirilib.

Qeyd olunub ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Əlaqəli Xəbərlər