Menyu

Azərbaycanda 9 ayda mehmanxanalar 497 milyon manatdan çox gəlir əldə edib

Operativ Media
Azərbaycanda 9 ayda mehmanxanalar 497 milyon manatdan çox gəlir əldə edib
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat təşkil edib.

Operativ Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirin 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Əlaqəli Xəbərlər