Menyu

Romada artan hərbi xərclərin əleyhinə minlərlə insanın iştirak etdiyi yürüş keçirilir

Operativ Media
Romada artan hərbi xərclərin əleyhinə minlərlə insanın iştirak etdiyi yürüş keçirilir
1 dəq oxu

Romada minlərlə insan yaşayış xərclərinin artması, əmək haqqı və pensiyaların azalması fonunda hərbi xərclərin artırılmasına qarşı nümayiş keçirir.

Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın Sky TG24 televiziya kanalı məlumat yayıb.

Məlumata görə, etiraz müxtəlif gənclər qruplarının dəstəyi ilə Əsas Həmkarlar İttifaqları Birliyi (USB) tərəfindən təşkil edilib.

Nümayiş Plazza Cinquecento yaxınlığında başlayıb. Etirazçılar hakimiyyətdən insanların hüquqlarına hörmət etməyi, əmək haqqını artırmağı və hərbi maliyyələşdirməni azaltmağı tələb edirlər.

Əlaqəli Xəbərlər