Bazar iştirakçılarının fəaliyyət imkanları genişləndirilir
Ölkədə rəqabət mühitinin inkişafı, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi və dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, bu Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Tədbirlər planına əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələrin, o cümlədən lisenziya və icazə prosedurlarının təhlili aparılacaq və təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.
Eyni zamanda, nəzarət zərfi dövlətə məxsus banklar istisna olmaqla, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, xüsusi tənzimləmə tətbiq olunan infrastruktur və xidmət sahələrinin, habelə dövlətin müstəsna iştirakının mövcud olduğu məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə mərhələli keçid mexanizmi formalaşdırılacaq. Sonda isə Azərbaycan Respublikası üzrə, o cümlədən regionlar üzrə rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq.
dəqiqələr içində saytın olsun.