Azərbaycanda rəqabət sahəsində yeni tədqiqat mərkəzi yaradılacaq
Azərbaycanda rəqabət sahəsində elmi tədqiqatların aparılması və nəticələrinin tətbiqi məqsədilə tədqiqat mərkəzinin yaradılması nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Rəqabət mühitinin diaqnostikası üçün yeni metodologiyanın hazırlanması və seçilmiş məhsul bazarlarında tətbiqinə başlanılması planlaşdırılır.
Bununla yanaşı, ali təhsil müəssisələrində rəqabət sahəsində yenilənmiş təhsil proqramlarının tətbiqi və tələbələrin müvafiq bilik və səriştələrlə təmin edilməsi nəzərdə tutulur.
Bazar subyektləri və istehlakçıların rəqabət sahəsində məlumatlılığının artırılması üçün də tədbirlər həyata keçiriləcək.
Tədbirlərin icrası zamanı əlavə insan, maliyyə və texniki resurslara ehtiyac yarana biləcəyi bildirilir. Bu risklərin azaldılması üçün tədbirlərin mərhələli həyata keçirilməsi və icra prosesinin müntəzəm monitorinqi nəzərdə tutulur.
dəqiqələr içində saytın olsun.