Menyu

Azərbaycanda rəqabət sahəsində əməkdaşlıq genişləndiriləcək

Nicat Hüseynli
Azərbaycanda rəqabət sahəsində əməkdaşlıq genişləndiriləcək

Azərbaycanda rəqabət siyasətinin həyata keçirilməsi çərçivəsində dövlət qurumları, sahibkarlar və digər aidiyyəti tərəflər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

Bu məqsədlə tənzimləyici qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi və sahibkarların rəqabət siyasəti üzrə məsləhətləşmə proseslərinə daha geniş cəlb olunması planlaşdırılır.

Bununla yanaşı, rəqabət orqanının fəaliyyəti barədə ictimai məlumatlandırmanın artırılması, bazar iştirakçıları və dövlət qurumlarının kadr potensialının gücləndirilməsi nəzərdə tutulur.

Beynəlxalq təşkilatlar və xarici ölkələrin rəqabət orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və müasir yanaşmaların tətbiqi də əsas istiqamətlər sırasında yer alır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər