Menyu

Xətaidə rayonunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Operativ Media
Xətaidə rayonunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
1 dəq oxu

Aparılacaq təmir işləri ilə əlaqədar 12 sentyabr saat 07:00-dan etibarən Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Operativ Media xəbər verir ki, bu barədə AYYDA məlumat yayıb.

Beləki, məhdudiyyətlər Abdulla Rəhimov küçəsi, İlqar Abbasov küçəsi və Həzi Aslanov küçəsində tətbiq ediləcək.

Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. 

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əlaqəli Xəbərlər