Menyu

Rusiyada ağır yol qəzasında 12 nəfər ölüb

Operativ Media
Rusiyada ağır yol qəzasında 12 nəfər ölüb
1 dəq oxu

Arxangelsk vilayətində mikroavtobus və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib.

Operativ Media xəbər verir ki, baş verən qəzada 12 nəfər ölüb. 

Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daha 8 nəfər yaralanıb.

M-8 avtomobil yolunun 1180-ci kilometrliyində üç nəqliyyat vasitəsi toqquşub.

Zərbədən sonra bütün nəqliyyat vasitələrinin xəndəyə düşdüyü bildirilir.

Təcili yardım xidmətləri hadisə yerində işləyir.

Əlaqəli Xəbərlər